dunya
29.08.2018, 10:31
Ermənistanda ata və 3 uşağı yol qəzasında ölüb

Ermənistanda uşaqların ölümü ilə nəticələnən yol qəzası baş verib.
“DoruXeber.az” erməni KİV-nə istinadən xəbər verir ki, Lernaqoq və Karakert kəndinin kəsişməsində Opel markalı avtomobillə “VAZ-2107” toqquşaraq hərəkətsiz halda olan yük maşınına çırpılıblar. Nəticədə “VAZ-2107”-nin sürücüsü və onun 7, 14, 15 yaşlı oğlanları ölüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


