“Türmədə hər gün narkotik tərkibli dərman içirəm”













Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında təqsirləndirilənlər – Eldar Hüseynov və Viktor Mustafayevin məhkəməsi keçirilib.

Hakim Samir Əliyevin icraatında olan prosesdə baxış iclası baş tutub.
Hər iki şəxs özünü təqsirli bilmədiyini deyib, hətta onlar iddia ediblər ki, özləri əməliyyat keçirib narkotik satan bir şəxsi tutmaq istəyiblər.

E.Hüseynov bildirib ki, narkotik aludəçisi olduğu üçün 9 ildir Narkoloji Mərkəzdə müalicə olunur: “Mən Balaxanı qəsəbəsində ailəmlə yaşayırdım. Bizim qonşuya yeni adamlar gəlmişdi, kirayə yaşayırdılar. Öyrəndim ki, onlar qəsəbədə narkotik satırlar. Mən də bu zəhrimarı çəkmişəm deyə istəmədim məhəlləmizi zəhərləsinlər. Gedib onlarla danışıb məhəllədən qovdum. Qoymadım ki, biz tərəfə nəşə satsınlar. \qafqazinfo

Sonra arvadımdan ayrılıb Zabratda ev tutub Rəna adlı qadınla yaşayırdım. Həmin vaxt tanış bir qız vasitəsilə Viktoru tanıdım. Viktor dedi ki, Xətai Rayon Polis İdarəsində işləyir və nəşə satan olsa ona xəbər edim. Viktor bilirdi ki, mən çəkənəm. Hadisə günü də Viktoru çağırdım, bir nəfər “krupnu” nəşə satan var idi, onun yerini göstərəcəkdim. Əvvəlcə, mənim evimə gedib yemək yedik. Elə evdə olan vaxt polislər qapını sındırıb içəri girdi. Məni döyüb soruşurdular ki, narkotik hardadı. Bir saat evi axtarıb heç nə tapmadılar, sonra yenə məni döydülər. Polislərdən biri çölə çıxıb təkrar evə qayıtdı və narkotik tapdığını dedi.

E.Hüseynov əlavə edib ki, həkim resepti ilə hər gün narkotik tərkibli dərman qəbul edir: “İşin arasında mənim sertifikatım var, özünüz oxuyun görəcəksiniz. Mən hər gün Narkoloji Mərkəzə gedib 50 qram metavitamin qəbul edirəm. Ora isə saat 3-də bağlanır, çata bilməyəndə özüm apteklərdən metadon alıb qəbul edirəm. Hər ikisinin tərkibi eynidir. İndi də türmədə hər gün o narkotik tərkibli dərmandan gətirib verirlər, içirəm”.

Daha sonra digər təqsirləndirilən Viktor Mustafayev ifadə verib. O isə uzun müddətdir polis orqanları ilə əməkdaşlıq etdiyini deyib.

Hakim bildirib ki, onların saxlanılması üçün əməliyyatı keçirən polis əməkdaşları növbəti iclasda şahid qismində ifadə verəcəklər.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Murad Əhməd

Oxunub: 634

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər