BALAKƏNDƏ POLİS GƏNCLƏRLƏ GÖRÜŞÜB














DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan dogruxeber.tv-a verilən məlumata görə, Balakən şəhər 2 saylı tam orta məktəbdə Rayon Polis Şöbəsi rəhbərliyinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında görüş keçirilib. Tədbirdə polis əməkdaşları ilə yanaşı rayon ağsaqqallar şurasının sədri, Təhsil Şöbəsinin işçiləri, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov “əsrin bəlası”na çevrilmiş narkomaniyanın bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biri olduğunu bildirib. O, narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Dini radikalizmin fəsadlarından söz açan E.Həsənov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb. O, dini radikalizm, onun fəsadları və qarşısının alınması, cəmiyyətə vuracağı zərər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, bu mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib. İslamın mədəniyyətimiz, mental dəyərlərimizlə sıx bağlı olduğunu bildirən Şöbə rəisi bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusilə də yeniyetmə və gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü söyləyib.

Tədbirdə erkən nikahın fəsadları barəsində çıxış edənlər gələcək ailələrin sağlam təməllər üzərində qurulması üçün valideynlərin də bu məsələyə daha ciddi yanaşmalarının vacibliyini bildirib, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd ediblər.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Mahir Məsimov,

polis leytenantı

Son xəbərlər

Bakıda yeni parkın salınmasına 49 milyon manatdan çox vəsait xərclənəcək - Bəzi tikililər söküləcək

4 ayda əhali avtomobil benzininə 1,3 milyard manata yaxın pul xərcləyib

“Leyla” ana olacaq

“Sabah” 10 oyundur “Neftçi”yə uduzmur

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd ediləcək

Bakıdakı çimərliklər mövsümə hazırdır

İtkin-şəhid Rafiq Cəfərovla vida mərasimi keçirilir

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir

TDT-nin Baş katibi: Zəngəzur dəhlizinin inkişafı strateji əhəmiyyət daşıyır

Mbappedən qalmaqallı açıqlama

Daha bir təyyarə qəzası

Yeni yol çəkilir

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

Azərbaycanlı zəvvarların Həcc ziyarəti proqramı açıqlandı

Zaur Əliyev yüksək vəzifəyə təyin olundu

Dövlət Xidməti Balakəndə gənclər üçün tədbir keçirdi

Bakı metropoliteninin iş rejimi WUF13 günlərində dəyişdiriləcək

Qiyməti balıqdan dəfələrlə ucuz, faydası isə eyni

Bu şəxslər ayda 1000 manat mükafat alacaq

Dollar almaq istəyənlərin nəzərinə

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Premyer Liqa: XXXII tura iki qarşılaşma ilə start verilir

Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…

Azərbaycanda texnogen hadisələr 21 faiz azalıb

Maaşlar nə zaman artırılacaq?

Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

Sabahdan bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Trampdan sonra Putin də Çinə gedir

Bütün xəbərlər