Prezidentlərin görüşü gözləniləndən uzun çəkdi













"Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasındakı səmimi dostluq münasibətləri, dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır".

dogruxeber.tv in xeberine gore AZƏRTAC-a Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, dövlət başçıları tərəfindən müəyyən olunan tapşırıqlar əsasında əməkdaşlığın hərtərəfli inkişafının məqsədləri müəyyənləşdirilir. İndiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusa beş dəfə, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana dörd dəfə rəsmi səfər edib. Bu rəsmi səfərlərin intensivliyi Azərbaycan-Belarus əlaqələrinin inkişaf dinamikasından xəbər verir.

"Dövlətimizin başçısının Belarusa budəfəki rəsmi səfəri ilə bağlı bir məqamı xüsusilə qeyd etməliyəm ki, protokola görə dövlət başçıları arasında təkbətək görüş 45 dəqiqə nəzərdə tutulsa da, həmin görüş 2 saatdan artıq davam etdi. Bir daha qeyd etmək istərdim ki, bu, prezidentlər arasında olan səmimi dostluğun və Belarus-Azərbaycan əməkdaşlığının məzmun və mahiyyətinin, necə zəngin xarakter daşımasının növbəti bariz nümunəsidir", - deyə o əlavə edib.

Prezident Administrasiyasının rəsmisi deyib ki, səfər zamanı dövlət başçılarının iştirakı ilə 9 sənəd imzalanıb. Bu sənədlər Azərbaycan ilə Belarus arasında iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, hüquq-mühafizə, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Ən vacib sənəd isə dövlət başçıları tərəfindən imzalanmış birgə bəyanatdır. Bəyanatın 6-cı maddəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamlar öz əksini tapıb. Bəyanatda qeyd olunur: "Tərəflər, yəni dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, tərəflərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklər sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər”. Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir. Münaqişənin həllinin əsasları da beynəlxalq ictimaiyyət üçün aydın xarakter daşıyır ki, bu da Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələridir. Həmçinin Belarus ilə Azərbaycan arasında olan yüksək etimadın təcəssümü və göstəricisidir ki, ölkələrimiz üzv olmadığı beynəlxalq təşkilatlarda da biri-birini dəstəkləyir. Dövlətimizin başçısı mətbuata bəyanatında da qeyd etdi ki, bu, sanki avtomatik xarakter daşıyır. Yəni, hər hansı bir məsləhətləşmə olmadan belə, Azərbaycan və Belarus üzv olmadıqları, biri üzv olmadığı beynəlxalq təşkilatlarda öz dəstəyini verir və bu dəstək mütəmadi, davamlı xarakter daşıyır. Həmçinin Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə çox sıx əməkdaşlıq var. Səfər çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişafı ilə əlaqədar da Anlaşma Memorandumu imzalandı. Bu Memorandumdan irəli gələrək hava hücumlarından müdafiə sistemlərinin, müxtəlif hücum vasitələrinin, o cümlədən atəş-idarəetmə sistemlərinin alınması üzrə kontraktlar həyata keçiriləcək".

H.Hacıyev bildirib ki, bu səfər Azərbaycan-Belarus əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi: "İmzalanmış sazişlər, aparılan danışıqlar Azərbaycan-Belarus əlaqələrinin hərtərəfli inkişafı üçün yeni perspektiv imkanlar açıb. Hesab edirik ki, qarşıya qoyulan məqsəd və məramların hökumətlərarası komissiya və digər işçi qruplar vasitəsilə həyata keçirilməsi üçün intensiv işlər bundan sonra da davam etdiriləcək.

2019-cu ildə Belarus ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bildiyiniz kimi, Avropa Oyunları konsepsiyasının müəllif və təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Azərbaycan Olimpiya hərəkatının məqsəd və məramlarına sadiqliyini nümayiş etdirdi, bu məqsəd və məramların Avropa qitəsində inkişafına öz töhfəsini verdi. Azərbaycan bu sahədə öz təcrübəsini dost və tərəfdaş ölkə olan Belarus ilə açıq şəkildə bölüşür. Belarus da öz növbəsində Azərbaycanın bu dəstəyini, aparılan təcrübə mübadiləsini yüksək qiymətləndirir. Bu məqamlar Belarusun dövlət başçısı tərəfindən də qeyd olunub".

Oxunub: 705

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər