siyaset
24.11.2018, 12:08
İlham Əliyev Şinzo Abeyə məktub ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu ünvanlayıb.
dogruxeber.tv xəbərinə görə, dövlət başçısı təbrik məktubunda Osaka şəhərinin "Ekspo 2025” sərgisini keçirmək hüququnu qazanması münasibətilə baş naziri və bütün Yaponiya xalqını təbrik edib:
"Sizə və dost Yaponiya xalqına bu mötəbər tədbirin hazırlıq mərhələsində və keçirilməsində uğurlar arzulayıram”.


