hadise
22.02.2019, 11:06
Balakəndə sex yandı

Balakəndə qurutma sexi yanıb.
FHN-dən verilən məlumata görə, rayonun Katex kəndində ümumi sahəsi 720 m² olan tikilinin (qurutma sexi kimi fəaliyyət göstərir) içərisində 150 ədəd plastik tara yanıb.
Taraların qalan hissəsi və tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


