Liviya və Sudanda nə baş verir? – Şərh











Bu gün Sudan və Liviyada baş verən hadisələr 2012-ci ildə Misirdə baş verən proseslərin davamıdır.

dogruxeber.tv bildirir ki, bu sözləri Axar.az-a Sudanda baş verən son siyasi proseslərlə bağlı danışan analitik Vüqar Zifəroğlu deyib.

“Baxın, 2011-ci ildə ərəb baharı zamanı Tunisdə başlayan proseslər ard-arda digər ölkələrə də keçməyə başladı. Ümumiyyətlə, Yaxın Şərqdə baş verən proseslər bir-biri ilə zəncirvari bağlıdır. Bu gün Liviya və Sudanda baş verən hadisələr də 2012-ci ildə Misirdə baş verən proseslərin davamıdır. Başqa sözlə desək, ərəb baharının doğurduğu nəticələrin başqa bir formata salınması prosesi gedir. Sudanda prezidentin hərbi çevriliş nəticəsində devrilməsi və müdafiə naziri, I vitse-prezident statusunda olan Avad bin Aufun Hərbi Şura adından hakimiyyəti ələ keçirməsi eyni ssenaridir. Liviyada Xəlifə Haftarın əməliyyatlara başlaması və Tripolini ələ keçirməsi ilə bağlı bəyanatlar verməsi də bunu göstərir”, – o bildirib.



V.Zifəroğlu Sudanda baş verən çevrilişin arxasında Misir Prezidenti Əbdülfəttah Sisinin dayanması ilə bağlı yayılan iddialara da aydınlıq gətirib:

“Liviyada qarşıduran tərəflər Milli Razılıq Hökuməti və Təmsilçilər Məclisidir. Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu konkret olaraq birincini hədəfə alıb və bu istiqamətdə hücuma keçib. İkincisi və ən önəmlisi isə odur ki, qarşı duran tərəfləri dəstəkləyənlər də eyni qüvvələrdir. Belə ki, Qətər və Türkiyə Milli Razılıq Hökumətini, Qərb, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı isə Təmsilçilər Məclisini dəstəkləyir. Bunlar o ölkələrdir ki, 2012-ci ildə Müsəlman Qardaşlarının devrilməsi zamanı Misir Prezidenti Əbdülfəttah Sisini dəstəkləyiblər. Hesab edirəm ki, bu gün həm Sudanda, həm də Liviyada gedən proseslərin arxasında birbaşa Sisi olmasa da, çevriliş zamanı onu dəstəkləyən qüvvələr dururlar”.

Qeyd edək ki, dünən Sudanda hərbi çevriliş baş tutub, Prezident Ömər Bəşir devrilib, ölkəni keçid dövründə idarə etmək üçün Hərbi Şura yaradılıb. Hərbi Şuranın ölkəni iki il ərzində idarə edəcəyi vurğulanıb.

Ölkədə Konstitusiyanın fəaliyyəti dayandırılıb və 3 aylıq fövqəladə vəziyyət tətbiq edilib.

Oxunub: 692

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər