gundem / sosial
29.04.2019, 18:19
Bayram Məmmədov azadlığa çıxdı

Bayram Məmmədov 30 gündən sonra azadlığa çıxıb.
dogruxeber.tv xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat və foto paylaşılıb.
Qeyd edək ki, martın 17-də Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azadlığa buraxılan Bayram Məmmədov həmin ayın 31-i yenidən saxlanılıb.
Yaxınlarının məlumatına görə, o, polisə müqavimət göstərməkdə ittiham edilərək, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası almışdı.(Yeniavaz.com)


