İnam Kərimov fransalı həmkarı ilə görüşdü












Fransaya işçi səfəri çərçivəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov fransalı həmkarı Didye Giyom ilə görüşüb.

Görüşdə hər iki ölkədə kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasının prioritet olduğu bildirilib.

Nazir İnam Kərimov qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. O, Azərbaycanda bu sahədə yaradılan hərtərəfli şəraitdən danışıb. Bildirib ki, aqrar sahəyə yüksək dövlət dəstəyi mövcuddur. Fermerlərə güzəştlər edilir, subsidiyalar, kreditlər verilir. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu aqrar siyasətin nəticəsində həyata keçirilir.

Nazir Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi haqqında ətraflı məlumat verərək, Fransanı gələn il bu sərginin fəxri qonağı qismində iştirak etməyə dəvət edib. Fransanın kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarlarını Azərbaycanda mövcud liberal bazardan faydalanaraq daha fəal olmağa çağırıb.

Fransalı nazir Didye Giyom bildirib ki, gələn il “Caspian Agro” sərgisində məmnuniyyətlə iştirak etmək istəyir və ölkəsinin kənd təsərrüfatı sahibkarlarının ölkəmizlə əməkdaşlığının möhkəmlənməsində maraqlıdır. O qeyd edib ki, ölkəsi heyvandarlıq, İKT, üzümçülük, kənd təsərrüfat texnikaları sahəsində Azərbaycana kömək etməyə hazırdır. İyun ayında Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı şirkətlərinin də olacağı diqqətə çatdırılıb.
İnam Kərimov fransalı həmkarı ilə görüşdü
İnam Kərimov fransalı həmkarı ilə görüşdü

Oxunub: 789

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər