hadise
19.07.2019, 10:43
Bakıda taxta sexi yanıb

Bakıda taxta sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 300 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində 10 m² sahədə taxta məmulatı, 5 m² sahədə taxta yonqarı və tullantıları yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


