Əli hər yerdən üzülmüş ananın müraciəti - 20 min 5 yaşlı Məryəmi xilas edəcək




Əli hər yerdən üzülmüş ana serebral iflic xəstəliyindən əziyyət çəkən 5 yaşlı övladının müalicəsinə lazım olan vəsaitin toplanması üçün imkanlı şəxslərə müraciət edib.

Onun indi yeriyən, qaçan, oynayan vaxtlarıdır. Amma o, nə yeriyə, nə gəzə, nə də oynaya bilir. Bununla da o, ömrünün uşaqlıq çağını yataqda keçirməkdə davam edir. Çünki o, 5 ildir serebral iflic xəstəliyindən əziyyət çəkir. Söhbət 2014-cü il təvəllüdlü Məryəm Abbasovadan gedir.

Bakı şəhər sakini Əzimova Lalə Məzahir qızı serebral iflic xəstəliyindən əziyyət çəkən 5 yaşlı övladının müalicəsinə lazım olan vəsaitin toplanması üçün imkanlı şəxslərə müraciət edib.

O, 5 ildir ağır xəstəliyə düçar olan qızının müalicəsinə və sağalmasına lazım olan vəsaitin toplanması üçün imkanlı şəxslərdən xahiş edib: “Qızım Məryəm 5 ildir ki, serebral iflic xəstəliyindən əziyyət çəkir. Uşaq nə ayaqüstə dayana bilir, nə də yeriyə bilir. Bu müddət ərzində qızım Bakıdakı xəstəxanalarda müayinə və müalicə olunub. Amma bu müalicələr heç bir müsbət nəticə verməyib. Sonradan həkimlərin məsləhəti ilə uşağı Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin Sankt-Peterburq şəhərində yerləşən Q.İ.Turner adına Elmi-Tədqiqat Uşaq Ortopedik Klinikasına apardıq. Orada hər iki ayaqlarından axiloplastik və xarici artrodez əməliyyat olundu. Bundan sonra uşaqda müəyyən irəliləyişlər meydana gəldi. Amma əməliyyat edən həkimlər uşağın bir il müddətinə idman və hovuz reabilitasiya prosedurlarının keçməsinin vacib olduğunu dedilər. Bu reabilitasiyalar isə ən yüksək səviyyədə Litvanın Vilnus şəhərində, ya da Rusiyanın Sankt-Peterburq şəhərindəki uşaq reabilitasiya klinikalarında həyata keçirilir. Həkimlər qızımın reabilitasiya proseslərindən sonra tam müalicə olunaraq ayağa qalxacağına və yeriyəcəyinə söz veriblər. Amma bu müalicənin xərcləri o qədər çox olmasa da, mənim maddi vəziyyətim buna imkan vermir. Çünki həkimlər qızımın ayağa qalxması üçün 20 min manat lazım olduğunu bildirdilər. Mən imkanlı şəxslərdən xahiş edirəm ki, övladımın müalicəsi və sağalmasına lazım olan vəsaitin toplanması üçün köməklik göstərsinlər”.

“Hər bir valideynin arzusudur ki, övladı yerisin, danışsın, desin, gülsün, məktəbə getsin. Mən də bir ana kimi bu gözəl günləri görmək istəyirəm. Ona görə də hər kəsdən xahiş edirəm ki, kimin gücü nəyə çatırsa, yardım etsinlər”, deyə Məryəmin anası bildirib.

Balaca Məryəmin sağalması üçün yardım etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

Kapital bank: 388 109 44005 79 88 22 121

Əlaqə nömrəsi: 055 679 35 88; 012 427 63 61 (Məryəmin babası Məzahir)

Oxunub: 765

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər