hadise
6.08.2019, 12:45
Polis bu kişini axtarır — FOTO

Xaçmaz rayon sakini itkin düşüb.
"dogruxeber.tv" xəbər verir ki, rayonun Nərəcan kəndində yaşayan 39 yaşlı Abdullayev Rafayəddin Rafiq oğlu avqustun 1-i səhər saatlarında Xaçmaz şəhərində yaşayan bacısıgilə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.
Qeyd edək ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında psixiatr qeydiyyatında olan Rafayəddin Abdullayev nitq qüsurludur.
İtkin düşən şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. /Ölkə.Az


