Ağsuda bələdiyyə sədrlərini ataları əvəz edir? - İDDİA








"Mətbuatın gündəmini Ağsu RİH başçısının xəbərsiz olduğu və onun adından Prezident Administrasiyasına göndərilən cavab haqqında sensasion saxtakarlıq iddiası işğal edib. Təbii ki, ciddi pozuntudur və araşdırılması təmin ediləcək. Bu fakt Ağsu RİH -in vətəndaşlara, onların müraciətlərinə necə ögeylik göstərməsini, ümumiyyətlə, vətəndaşı insan saymamasını bir daha tam çılpaqlığı ilə ortaya qoyur. Amma bizi sözügedən saxtalıqla bağlı qələmə sarılmağa vadar edən həmin yazıda şikayətçilərin nümayəndəsi kimi çıxış edən Bico kənd sakini Seymur İsayevin Bico bələdiyyəsinin sədri, Ləngəbiz məktəbinin direktor müavini Anar Abbasovun səlahiyyətlərinin atasının icra etməsi ilə bağlı dedikləridir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: "Bələdiyyə sədrinin vəzifəsini onun atası necə icra edə bilər? Axı, bu kobud vəzifə saxtakarlığıdır, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdir. Düzdür, burada mənimsəmə, icra könüllü, “centlmen razılaması”, ata-bala sövdələşməsinin sonucu olaraq baş verir, amma daha böyük qanunsuzluq olduğu şübhə doğurmur. Elə bilirsiniz, bələdiyyə sədrlərinin könüllü olaraq səlahiyyətlərindən imtina etməsi təkcə Bico kəndinə aiddir? Xeyr a!

Ağsunun Pirhəsənli kəndinin hazırkı bələdiyyə sədri “sənəddə” başqa kənddə işləyən və yaşayan müəllimə olsa da, gerçəkdə onun səlahiyyətlərini atası icra edir və kənddə hamı bələdiyyə sədri kimi atanı tanıyır. Özü də bu şəxs kim olsa yaxşıdır? Ağsunun 51 gündür görəvindən alınan icra başçısının bibisi oğlu! Bundan əvvəlki bələdiyyə sədri isə “sənəddə” başçının bacısı oğlu Eldost Nəsrullayev olsa da, gerçəkdə başçının qaynı onun səlahiyyətlərini beş il icra edib! Bu faktlar bələdiyyə seçkilərinin formal xarakter daşıdığını, bələdiyyə üzvlərini , əsas etibarı ilə sədrləri icra başçılarının təyin etməsini açıq ortaya qoyur. Belədə bu qədər xərc çəkib, büdcənin pulunu göyə sovurub seçki keçirməyə nə ehtiyac var? Eləcə icra başçıları pulunu alıb, bələdiyyə sədrlərini təyin edəcəksə, bu boyda həngaməyə, zurna-qavala, fikrimizcə, ehtiyac yoxdur.

Onu da vurğulayaq ki, bir müddət öncə yeni başçı Vahid Tağıyevin də Ağsuya kimisə bələdiyyə sədri “seçdirmək” təyinatından basında informasiya gedib. Bəs görəsən, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin , konkret saxtakarlıq faktı üzrə Göyçay Regional Ədliyyə İdarəsinin başbilənləri nə deyir? Onlar da bələdiyyə sədrlərinin vəzifələrini icra edən “ATA BƏLƏDİYYƏ ”ləri tanıyırlar, yoxsa ANA QANUNU?"

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Oxunub: 840

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər