idman
29.11.2019, 16:40
“Mançester Siti”nin də sahibi olan ərəb milyonçu 8-ci klubunu aldı

“Mançester Siti"nin (İngiltərə) rəhbərliyi Hindistanın "Mumbay Siti" klubunun 65 faiz səhmini alıb.
“dogruxeber.tv” xəbər verir ki, Hindistanın əsas çempionatında çıxış edən komanda "Sity Futbol Qrup" korporasiyasına daxil edilən 8-ci klub olub.
Şirkət "Mançester Siti" ilə yanaşı, "Nyu-York Siti" (ABŞ), "Melburn" (Avstraliya), "Torke" (Uruqvay), "Jirona" (İspaniya), "Yokohama Marinos" (Yaponiya), "Siçuan" (Çin) klublarına da sahibdir.
Qeyd edək ki, "Mançester Siti"nin sahibi Şeyx Mansur kimi tanınan ərəb biznesmeni Mansur ibn Zayd əl-Nahyandır./Yeni Sabah


