ATƏT parlament seçkiləri ilə bağlı hesabat yaydı













ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı mühit və qarşıdakı seçkilərə hazırlıq prosesi ilə bağlı hesabat hazırlayıb.



dogruxeber.tv-ın xəbərinə görə, hesabat ATƏT/DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyası tərəfindən hazırlanıb.



Hesabatda bildirilib ki, Azərbaycanda seçkiqabağı mühiti və qarşıdakı seçkilərə hazırlıq prosesi qiymətləndirmək üçün ATƏT/DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyasının üzvləri dekabrın 19-21-də Azərbaycanda səfərdə olublar.



DHTİB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyasına ali seçki məsləhətçisi Aleksey Qromov və seçki məsləhətçisi Radivoje Qrujiç daxildir.



Həmçinin ATƏT Parlament Assambleyasının proqram və inzibatçı direktoru Tim Knoblau da prosesdə iştirak edib.



Missiyanın məqsədi seçkiqabağı mühiti və seçkilərə hazırlığı qiymətləndirmək olub.



Hesabatda bildirilir ki, səfər zamanı dövlət rəsmiləri, media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, siyasi partiyalarla görüşlər keçirilib.



Sənəddə dövlət qurumlarının seçkilərin şəffaf, azad və ədalətli şəraitdə keçirilməsi üçün siyasi iradələrini ifadə etdiyi, DTİHB-nin müşahidəsini müsbət qarşıladığı əksini tapıb.



Hesabatda səfərin və görüşlərin nəticələrə əsasən bir sıra məsələlərə xüsusi diqqət ayrılması tövsiyə olunur.



“Bura seçki qanunvericiliyinin tətbiqi, seçki administrasiyasının səmərəli fəaliyyəti və qərəzsizliyi, namizədlərin qeydiyyatı, təşviqatın aparılması, fundamental azadlıqlara hörmət, medianın seçkiləri işıqlandırması, səslərin sayılması və nəticələrin cədvəli də daxil olmaqla, seçki günü prosedurlarının idarə edilməsi, seçki ilə bağlı qərar və şikayətlər daxildir”, - deyə hesabatda qeyd olunur.



Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına görə, fundamental azadlıqlara hörmətlə bağlı müəyyən problemlər olsa da, qarşıdan gələn parlament seçkiləri üçün Seçki Müşahidəsi Missiyasının (SMM) Azərbaycana göndərilməsini tövsiyə edilib.



Ehtiyacların Qiymətləndirilməsi Missiyası əsas heyətdən əlavə, ATƏT-ə üzv dövlətlərin 30 uzunmüddətli müşahidəçisinin ölkənin müxtəlif regionlarına göndərilməsini və seçki prosesini izləmək üçün 350 qısamüddətli müşahidəçinin göndərilməsini tövsiyə edib. (APA)

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər