gundem
18.02.2020, 17:06
Bəşər Əsəd: `İdlib və Hələbdəki əməliyyatlar düşməni sarsıtdı`

İdlib və Hələbin azadlıq uğrunda aparılan əməliyyat düşmənə ciddi zərbə endirib. Bu barədə Suriya prezidenti Bəşər Əsəd dövlət telekanalında çıxışı zamanı bildirib.
O, Suriya ordusunun ölkənin İdlib və Hələb əyalətlərindəki qələbələrini terroçuların tam məğlubiyyətinin başlanğıcı adlandıraraq əməliyyatların hələ də davam etdiyini deyib.
Həmçinin Bəşər Əsəd Suriya əsgərlərinin qələbələri ilə xalqı təbrik edərək onların ölkə əhalisinin təhlükəsizliyini təmin etmək üçün özlərini qurban verdiklərini vurğulayıb.
Qeyd edək ki, Suriya ordusu son həftələrdə İdlib və Hələbdə böyük uğurlar əldə edib.


