Nigar Arpadarai: "Səbail ərazisində sənədsiz evlərin sənədləşməsi ilə bağlı məsələni qaldıracam"


















Milli Məclisə deputat seçilən N.Arpadarai şəxsi instaqram hesabında görəcəyi işlər haqqında məlumat verib. Xanım deputat artıq dünən Millin Məclisin ikinci sessiyasının baş tutduğunu və tam gücü ilə işə başladığını bildirib:

"Əzizlərim, dünən Milli Məclisin ikinci sessiyası baş tutdu, deputat vəsiqələri təqdim olundu. Ailə, qadın, uşaq məsələləri və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrində üzvlüyüm təsdiq olundu. Artıq tam gücümüzlə işə başlamışıq".

Millət vəkili təşviqat dövründə söz verdiyi məsələlər haqqında da məlumat verib. O, hazırda Səbail ərazisində sənədsiz evlərin sənədləşməsi ilə bağlı mövzunun aidiyyatı olan qurumlar qarşısında qaldırılması üzərində işlədiyini bildirib:

"Təşviqat kampaniyası dövründə söz verdiyim kimi, məhz sizi narahat edən məsələlərdən başlayaraq, sosial sifariş əsasında qanunvericik üzrə təkliflərimi verməyi planlaşdırıram. Vəd etdiyim kimi, təhsil, infrastruktur və qadınların məşğulluğu məsələləri ilkin mərhələdə mənim üçün prioritet olan mövzulardır. Hazırda üzərində işlədiyim mövzulardan biri Səbail ərazisində sənədsiz evlərin sənədləşməsi ilə bağlı mövzunun aidiyyatı olan qurumlar qarşısında qaldırılmasıdır. Növbəti həftələr ərzində bu məsələ ilə bağlı məlumat bölüşəcəyəm"

Qeyd edək ki, Nigar Arpadarai Bakıda "Formula 1" üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışıb. O, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 29 saylı Səbail Seçki Dairəsinə bitərəf namizəd kimi qatılaraq millət vəkili seçilib.Şəlalə Babayeva
Nigar Arpadarai: "Səbail ərazisində sənədsiz evlərin sənədləşməsi ilə bağlı məsələni qaldıracam"

Oxunub: 868

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər