gundem / sosial / dunya
7.05.2020, 12:13
Koronavirus 6 ay ərzində zirvəyə qalxacaq - BMT-dən 6,7 milyard insanla bağlı QORXUNC PROQNOZ

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş koronavirus pandemiyasına qarşı mübarizə üçün mart ayında açıqladığı 2 milyard dollarlıq qlobal yardım planını genişləndirib.
dogruxeber.tv AzerTaym.az-a istinadən xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukuk pandemiyanın dünyanın ən yoxsul ölkələrində 3-6 ay ərzində zirvəyə çıxacağını bildirib.
Onun sözlərinə görə, ən böyük qeyri-sabitlik bu ölkələrdə hiss olunacaq. Bunun üçün dünya ölkələrində milyonlarla insanın qorunmasına görə tələb olunan 6,7 milyard dollar yardım çağırışı edilib.
BMT pandemiya ilə mübarizə dövründə yardım proqramlarına Benin, Cibuti, Liberiya, Mozambik, Pakistan, Filippin, Sierra Leon, Toqo və Zimbabveni əlavə edib.


