"Əliqismət Lalayevin etdiklərinə dözə bilmirəm" - Əməkdar artistdən şikayət












"10 yaşından teatrdayam. Əliqismət Lalayev teatra gələndən deyir ki, aktyorlar mənim qulumdur. Köhnə direktor müavinlərini işdən çıxarıb, yerinə iki nəfər gətirib. Teatrı gəzirlər, aktyor işə gəlmirsə, gecikibsə, ona töhmət yazmaqdansa, 50 manat cərimələyirlər".
dogruxeber.tv bildirir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov Axşam.az-a açıqlamasında söyləyib.
Aktyor çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevin ona işlərində problem yaratdığını, haqsızlıq etdiyini bildirib:
"Müavinlər aktyorlara izahat yazdırırlar ki, niyə işə gəlməyiblər, niyə gecikiblər. Bu, aktyordur, 50 problemi var. 2015, 2016, 2017, 2018-ci illərdə ayda 500 manat Prezident mükafatı almışam. Özü də Əliqismət Lalayevin əli ilə almamışam. 2012-ci ildə keçmiş Mədəniyyat Naziri Əbülfəs Qarayevlə tədbirlərin birində görüşdük. Dedi ki, işlərin necədir? Həmin dönəmdə keçmiş ANS TV-də veriliş aparırdım. Söylədi ki, efirdə sənə baxıram, partladırsan. Ona dedim ki, mənə indiyədək fəxri ad verilməyib. Nə məsələdir? Dedi ki, bir az vaxt ver, mütləq ad alacaqsan. Fəxri ad aldığım gün Əliqismət Lalayevi "infarkt vurdu". Dedi ki, bu adı haradan aldı?
Ümumiyyətlə, bu adam orta və yaşlı nəsilə qiymət vermir. Aktyor var ki, 400 manata kirayə qalır. O yazığın adını mükafatlar sırasından çıxarıb. Pandemiyadan öncə ona yaxınlaşdım ki, bu il mükafatımı ver, problemlərim var. Dedi ki, gözlə, alacaqsan. Aktyorların çoxuna mükafat düşmədi. Teatrın rəhbəri bunları təqdim etməlidir".
Ç.Əhmədov bildirib ki, adı fəxri ad alanların sırasından dəfələrlə direktor tərəfindən çıxarılıb:
"12 ildir bu hal təkrarlanır. Mənə deyir ki, hələ tezdir. Dünənki uşaqlar "Xalq artisti"dir. Əmək fəaliyyətim var. İnsanlar mənə görə bilet alıb, tamaşaya gəlirlər. Bu teatrda 2-3 normal aktyor varsa, onun biri mənəm, digəri Afaq Bəşirqızıdır.
Haqqsızlıq edir, teatrda "at oynadır". Bir neçə il bundan əvvəl işdən çıxmaq istədim. İmkan vermədi, məni "səhnə ustası" etdi. Bu da maaşımda cəmi 34-35 manat fərq yaratdı. Bunun ixtiyarı yoxdur ki, aktyor işə gecikəndə maaşından 50 manat kəssin. Deyir ki, aktyorlar mənim köləmdir. Anlamır ki, o, bu aktyorlara görə orada müdirdir. 37 ildir burada çalışıram. İndiyədək 4 teatr müdiri dəyişmişəm, onun kimisini görməmişəm.
Teatrda elə bir durum yaradıb ki... Bir söz deyən kimi də telefona yazıb aparıb ona dinlətdirirlər. Artıq dözmürəm, haqqımı yeyir. Sən orta nəslə hörmət et ki, gənclər də baxıb örnək alsın. İstəyirəm Əliqismət Lalayevlə bağlı ölçü götürülsün.
İki ildən sonra 60 yaşım olur. Bu adam imkan vermir ki, layiq olduğum mükafatları alım. Bilmirəm ki, məndən nə istəyir. Gənclər də mükafat almalıdır, amma teatrda vəziyyəti pis olan aktyorlar var. Deyir ki, vəziyyəti çətin olanlara mükafat verirəm. Sən kimsən axı? Bu teatrın simaları var, əvvəlcə onlara ver, sonra başqalarına keç".

Oxunub: 783

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər