Dayım qızını qaçırtdım, üzümə durub məni tutdurdu - Məhkum - VİDEO










ARB TV-nin “Rezonans” proqramında bu dəfə İmişli rayonunun Əlipənahlı kəndində anadan olan Həsənov Namiq Arzuman oğlu öz həyat hekayəsini danışıb.

Həsənov Namiq Arzuman oğlu - Məhkum (Cəzası 7 il (Ümumi 11 il)):
“Atam, anam qocalıb. Onlar məndən soruşdu ki, kiminlə ailə qura bilərsən? Mən də anama dedim ki, qardaşın qızı ilə ailə qura bilərəm. Qız da razı idi. Mən də götürüb qaçdım, dayımın həyat yoldaşı məni tutdurdu. Məni 4 il azadlıqdan məhrum etdilər. Baxmayaraq ki, hər iki tərəf bu izdivacdan razı idi. Lakin son anda dayım qızı fikrindən daşındı və dedi ki, məni zorla qaçırıb. Ona görə həbs olundum.

Həbsdən çıxandan sonra barışdıq, dayımın yoldaşı dedi ki, qız sənindir. Sənə görə qızı heç kimə verməmişəm. Dedi ki, ev-eşik düzəlt, qızı götür apar. Gözüm dayım qızını tutmuşdu, ona görə də getdim Rusiyaya ki, özümə şərait qurum, pul qazanım. Əti də, qanı da özümüzünküdü deyə gözüm ondan başqasını görmədi. Orda rus qızları da var idi, azərbaycanlı qızlar da var idi. Rusiyadan pulla gəldim, özümə ev-şərait qurdum. Gələndə qızıl saat, sep, telefon da gətirmişdim. Qız özü məni məcbur elədi ki, anam yoxdu, gəl qaçaq. Mən də qaçırtdım. Sonra gəldim şöbəyə, dayımın arvadı dedi ki, mənə deməmiş niyə qızı qaçırtmısan? Məni yenə həbs elədilər, bu dəfə 7 il. Sonra peşman oldum ki, gərək ağsaqqal, ağbirçəklə elçi gedərdik, el adəti ilə toy edərdik.

Amma indi peşman deyiləm, çünki dayım qızı demişdi ki, mənlikdir, gəl qaçaq. Mən də onun dediyi kimi etdim, peşman deyiləm. İndi də məktublaşırıq, o günü yanıma da gəlmişdi. Özünə də dedim ki, yalnız mən öləndən sonra sən başqası ilə ailə qura bilərsən. Nə qədər ki, mən sağam, mən həbsdən çıxandan sonra sən mənim ailəmsən.

Həbsdən çıxandan sonra el adəti ilə o qızı alacam. Ağsaqqal göndərəcəm ki, nə edirlər etsinlər, o qızı mənə alsınlar. Düzdür, onlar da əsəbiləşiblər, bizimkilər də əsəbiləşiblər. Hətta onlar barışmaq istədilər, mənim ailəm barışmadı onlarla ki, oğlumizi 7 il həbs elətdirmisiniz.
Mən özümü geridəqalmış bir insan kimi hiss edirəm. Çünki, mənim də ailəm olmalıdır, mən də hamı kimi yaşamalıyam, mənim də uşaqlarım olmalıdır. Burdakı məhbusların yanına ailələri, uşaqları gələndə mən onlara baxıb alçalıram.

Həbsxanadan çıxandan sonra dayım qızını mən el adəti ilə verməsələr, daha edəcək heç nə yoxdur. Ancaq onunla o dünyada görüşəcik”.

Oxunub: 792

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər