Nazirlik 100 ailəyə ev verdi












Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil təqdim edilib.

dogruxeber.tv bildirir ki, Nazirlikdən Axar.az-a verilən məlumata görə, mənzillərdən 53-ü Abşeron rayonunun Məmmədli kəndindəki yeni yaşayış binalarından, 47-si Bakının Hövsan qəsəbəsində inşa olunan yaşayış kompleksindən alınıb. Bütün mənzillərdə müasir yaşayış şəraiti yaradılıb.

Mənzillərin təqdim edilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Nazirliyin Aparatının rəhbəri Fuad Musayev iştirak ediblər.

Vurğulanıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, sosial proqramlar ildən-ilə genişlənir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu il də həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar tam icra olunmaqla, bu proqramların əhatə dairəsinin daha da genişləndirilməsi təmin olunur.

Eyni zamanda şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı uğurla davam etdirilir. Onlara təqdim edilən mənzillərin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır. Buna misal olaraq, şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə Nazirlik tərəfindən 626 ədəd, 2019-cu ildə 934 ədəd mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı əsasında 2020-ci ildə isə ən azı 1 500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan bu gün daha 100 mənzil təqdim edilir. Bu il üçün nəzərdə tutulan 1 500 mənzil və fərdi evdən artıq 300-ü verilib.

Ümumilikdə isə indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7 900-ə yaxın mənzil və fərdi ev təqdim edilib.

Çıxış edən şəhid ailəsi üzvləri, müharibə əlilləri vətəndaş rifahının təminatı istiqamətində atılan mühüm və ardıcıl addımlardan razılıqla bəhs ediblər. Onlar həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə və bu gün yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Oxunub: 812

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər