İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alındı














Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumatına görə, son günlər ərzində üç halda 21,7 kq narkotik vasitəyə, psixotrop və güclü təsiredici maddəyə oxşar vasitə, preparat və həbin İrandan Azərbaycan ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində 1988-ci il təvəllüdlü İran vətəndaşı Sədri Kazım Həmid Azərbaycanın dövlət sərhədini İrandan qanunsuz olaraq Azərbaycan istiqamətində keçərkən sərhəd pozucusu qismində saxlanılıb.Onun saxlanıldığı yerə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyi bağlamada külli miqdarda narkotik vasitə - 4 kq 52 qram heroin, 1 kq 815 qram qurudulmuş marixuana, 505 qram tiryək, psixotrop maddə - 4,9 qram mеtadon, 1 kq 103 qram metamfеtamin, güclü təsir edən maddə - 8,9 qram “Tramadol”, 37,4 qram “Preqabalin”, 0,4 qram “Klobazam” aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinə başlanılıb, Sədri Kazım Həmid barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Cinayətkar qrupun digər iştirakçılarının müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir neçə gündən sonra həmin sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində iki şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmış, sərhəd naryadının sayıqlığı nəticəsində qaçaqmalçılar qaçaqmal predmetini hadisə yerində ataraq İran istiqamətində geri qaçıblar. Hadisə yerinə baxış keçirilərkən ərazidə 4 kq 520 qram heroinə, 495 qram qurudulmuş marixuanaya və 2 kq 60 qram metamfetaminə oxşar maddələr aşkar edilərək götürülüb.

Növbəti dəfə eyni sərhəd zastavasının xidməti sahəsində 6 kq 320 qram heroinə, 540 qram qurudulmuş marixuanaya, 210 qram həşişə oxşar maddələr və 51 flakonda güclü təsir edən vasitə “Mydrax-Tropikamide”yə oxşar maddə aşkar olunaraq götürülüb.

Qeyd olunan son iki fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
(Oxu.az)

Son xəbərlər

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Bütün xəbərlər