hadise
18.07.2020, 14:02
Cəlilabad sakini yük maşınının altında qalaraq ölüb

İyulun 17-də saat 11 radələrində Cəlilabad rayonunun Təklə kəndi ərazisində kənd sakini F. Mirzəyev “QAZ-53” markalı avtomobili idarə edərkən avtomobilin çöl hissəsindəki ayaqaltıda dayanmış qohumu Sübhan Babayev yıxılaraq nəqliyyat vasitəsinin altında qalıb.
dogruxeber.tv bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, S. Babayev xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.


