sosial
28.08.2020, 17:11
Zaqatalada biosfer qoruğu yaradılacaq

Yaxın illərdə Zaqatala rayonunda biosfer rezervatı yaradılacaq.
dogruxeber.tv“BakuPost” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması xidmətinin əməkdaşı Arzu Səmədova bildirib. Onun sözlərinə görə, bu cür ərazilərdə turizm fəaliyyətinə icazə verilir.
“Biosfer rezervatı qoruq olsa da, milli parka bənzəyir. Lakin burada istehsalat zonasında müəyyən eko məhsulların yetişdirilməsinə imkan verilir. Həmin məhsullar biosfer qoruğunun loqosu altında gömrüksüz digər ölkələrə ixrac edilə bilər”.


