İcra başçısı özünə birinci müavin təyin etdi - Foto
Masallı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub. dogruxeber.tv-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı Masallı RİH başçısı Şahin Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Məmmədhüseyn Hüseynli Masallı RİH başçısının birinci müavini təyin edilib.