dunya
20.10.2020, 10:36
Hollandiya İndoneziyaya təzminat ödəyəcək: Mülki şəxsləri öldürdüyü üçün

Hollandiya 1946-1947-ci illərdə müstəqillik müharibəsi zamanı holland əsgərlərin öldürdükləri şəxslərin uşaqlarına 5 min avro təzminat ödəyəcək.
dogruxeber.tv bildirir ki, bu barədə ölkənin Xarici İşlər Naziri Stef Blok və Müdafiə Naziri Ank Bijleveld açıqlama verib.
Bundan öncə Hollandiya Kralı Vilhelm Aleksandr 350 illik müstəmləkə dönəmində yaşanan şiddət hadisələrinə görə İndoneziyadan üzr istəmişdi.
Qeyd edək ki, İndoneziya 1945-ci ildə holland müstəmləkəsindən çıxaraq müstəqillik elan etmişdi.
Mənbə: Anadolu Ajansı


