hadise
20.11.2020
Bakıda maşın yandı

Bakı şəhərinin Binəqədi rayonunda “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.
dogruxeber.tv xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


