hadise
5.12.2020
Qusarda hasara çırpılan maşın od tutub yandı

Qusar rayonu ərazisində maşın yanıb.
dogruxeber.tv bununla bağlı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, rayonun Atlıxan kəndində “Lexus” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.Nəticədə, avtomobilin yanar hissələri yanıb.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın söndürülüb.


