gundem / hadise
31.12.2020, 10:06
Qaradağda yanğın olub: xəsarət alan var

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 73 m² olan birmərtəbəli evin 1 otağında yataq dəsti yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı müxtəlif xəsarətlər alan ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


