SON DƏQİQƏ!!! Daha bir sabiq nazir barədə BƏD XƏBƏR - Gözlənilməz QƏRAR!













Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti (MKTD) yanında Kommunal Xidmətlər Müəssisəsi (KXM) fevralın 9-da 2 zibil maşınının alınması üçün keçirilən tenderin nəticələrinin ləğv olunduğunu elan edib.

Buna qədər analoji qərarı Bakıda MKTD-nin digər müəssisəsi qəbul edib.

Zibil maşınlarının alınmasına dair elektron tender 2020-ci ilin dekabrın 9-da başa çatıb. Tenderdə “Improtex Trucks & Buses” MMC qalib gəlib. Bir ay sonra KXM MM Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məktub alıb.

Məktubda xüsusi kommunal avadanlıqların alınması üçün bütün iddiaçıların təkliflərinin “tenderin əsas şərtlər toplusunun formal tələblərinə cavab vermədiyi” qeyd edilib.

Bununla əlaqədar olaraq KXM tenderin nəticəsini ləğv edib. “Improtex Trucks & Buses” MMC qiyməti 914,3 min manat olan “MAN” markalı iki zibil maşını təklif edirdi.

Oxşar qərar fevralın 3-də Bakı şəhəri Nizami rayonunun MKTD-nin Mənzil Kommunal Xidmətlər Birliyi qəbul edib.

Qiyməti 821,7 min manat olan iki kommunal texnikanın tədarükü təkilifi ilə “Improtex Trucks & Buses” MMC tenderin qalibi elan edilib.

2020-ci ildə “Improtex Trucks & Buses” Bakı şəhəri MKTD Mənzil-Kommunal Xidmətlər Birlikləri ilə ümumi dəyəri 10.4 mln. manat olan kommunal nəqliyyat vasitələrinin təchizatı üçün iki müqavilə imzalayıb.

“Turan” İA telefon zənglərinə cavab verməyən “Improtex Trucks & Buses” MMC-dən tender komissiyalarının qərarlarına dair şərh ala bilməyib.

Bu şirkət “MAN Truck & Bus SE”-nin Azərbaycandakı rəsmi idxalçısıdır.

Şirkət keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun aili biznesinin bir hissəsidir.

Konsolidə edilmiş maliyyə hesabatına əsasən, 2019-cu ilin əvvəlinə şirkətin bölüşdürülməmiş mənfəəti 1,7 mln. manatı ötürdü.
Ötən il, dekabrın 1-dən 10-a qədər “Az-Tex-İmport” şirkəti Bakı şəhəri MKTD-nin strukturlarının 5,6 mln. manatdan çox məbləğdə nəqliyyat və xüsusi texnikanın alınmasına dair 7 tenderinin qalibi olub.

Qazandığı tenderlərin gözlənilmədən ləğv olunması sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da xələfi Səlim Müslünov kimi "qara siyahıya" düşdüyü ehtimalını yaradır./bia.az

Oxunub: 745

Son xəbərlər

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bütün xəbərlər