İcra başçısının "qara kassası" kim olub? - İLGİNC

dogruxeber.tv: - Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədova iki maddə ilə rəsmi ittiham irəli sürülüb. Amma reketlik üzrə ad çıxarmış sabiq məmurun hər keçən gün yeni müxtəlif qanunusuz əməlləri üzə çıxır.

Xatırladaq ki, Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsində keçmiş icra başçısı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumatlı mənbə "AzPolitika.info"-ya onun “Park Kolizey” MTK adlı tikinti şirkəti vasitəsi ilə törətdiyi daha bir qanunsuzluq barəsində informasiya verib.

Məlumatda qeyd olunur ki, adıçəkilən MTK-nın Şəmkirdə iki hündürmərtəbəli yaşayış binası tikdiyi ərazidə əvvəllər Şəmkir rayon Mədəniyyət Evi yerləşib. Həmin bina sonralar Bələdiyyə Evinə verilib. Bir müddət sonra isə Bələdiyyə Evinə yeni bina inşa edilməsi adı ilə söküb, yerini “Park Kolizey” MTK-ya satıblar.

Qeyd edək ki, "Park Kolizey” MTK-nın rəhbəri tanınmış iş adamı Famil Xəlilovdur. Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti sektorunu Famil Xəlilovun inhisarına verib və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb.

Bələdiyyə Evinin yerində də “Park Kolizey” MTK iki doqquzmərtəbəli bina tikib.

Mənbə bildirir ki, adıçəkilən MTK Bakının Nərimanov rayonu, Təbriz küçəsində başqa şirkətlərlə şərikli binalar tikib. Həmin yerin müqabilində Famil Xəlilov Alimpaşa Məmmədova Təbriz küçəsində şərikli tikdiyi binalarda ümumi sahəsi 1500 kv.m. olan mənzil və obyektlər verib. Bundan əlavə həmin vaxt birinci müavin olan Qüdrət Əliyevə və baş memar İlqar Quliyevin hərəsinə bir mənzil verilib.

Bundan əlavə, xüsusi imtiyaza malik olan “Park Kolizey” MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb.

Belə ki, “20 yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir.

Binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov nə az nə çox bir neçə çoxotaqlı mənzildən keçməli olub. Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyatı şəxslərə rüşvət olaraq verib.

Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Veyis Xəlilov ilkin dindirilmə zamanı bunu etiraf edib.

Mənbə "AzPolitika.info"-ya bildirib ki, Şəmkirin Şiştəpə kəndində köhnə məktəbin yeri də keçmiş icra başçısı tərəfindən satılıb. Buna etiraz edən kənd sakinlərinin bir neçəsi həbs edilib.

Mənbə onu da qeyd edib ki, A. Məmmədovun kirli işlərini görən şəxslərdən biri də onu köməkçisi Mahir Əliyev olub.

“Mahir Əliyev rayonda icra başçsının "qara kassası" hesab olunurdu. Dövlətin ayırdığı vəsaitləri mənimsəmək üçün istifadə edilən maaş kartları onda olurdu, qeyri-rəsmi pul köçürmələri və s. işləri o, idarə edirdi. Ancaq maraqlıdır ki, onun adı heç yerdə yoxdur...” – deyə mənbə qeyd edir.// "AzPolitika.info"

Oxunub: 581

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər