“Qulağı yaxşı eşitmədiyinə görə səhv anlayıb” - Məhkəmədən açıqlama

Yasamal rayon məhkəməsi Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq millət vəkili Abel Məhərrəmovla bağlı qərarının sonradan dəyişdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Məhkəmədən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilir ki, iddiaçı Mirzəyev İsmixan Salman oğlunun cavabdehlər - Məhərrəmov Abel Məmmədəli oğlu və Ramazanlı Nəbi Əhməd oğlundan 811.000 manat pul tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilib. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Mirzəyev İsmixan Salman oğluna aid edilib.

Hakim Vahid Hacıyevin qəbul etdiyi qətnamə iddiaçı Mirzəyev İsmixan Salman oğlunun, cavabdehlər - Məhərrəmov Abel Məmmədəli oğlunun və Ramazanlı Nəbi Əhməd oğlunun nümayəndələri və vəkilləri Əfəndiyev Altay Seid oğlunun iştirakı ilə elan edilib.

Qətnamədən çıxarışlar tərəflərə müvafiq qaydada təqdim edilib, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq əsaslandırılmış qətnamənin 10 gün müddətində tərəflərə təqdim ediləcəyi bildirilib.

İşə baxılması və qətnamənin elan edilməsi məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “AZ-Femida” sistemi vasitəsilə həyata keçirilib və arxivləşdirilməklə mülki işə əlavə edilib.

Yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə 11.06.2021-ci il tarixdə iddiaçı Mirzəyev İsmixan Salman oğlu məhkəməyə dəvət olunub və mülki iş üzrə “AZ-Femida”nın çəkdiyi və arxivləşdirilmiş audio-video yazıya məhkəmə zalında baxış keçirilib və hakimin qətnaməni elan edərkən iddianı rədd etdiyi bildirdiyini təsdiq edib. Bu barədə müvafiq sənədə də imza atıb.

İddiaçı Mirzəyev İsmixan Salman oğlu bildirib ki, qulağı yaxşı eşitmədiyinə görə qətnamə elan edilərkən səhv anlayıb və iddianın təmin edildiyini düşünüb.

Hakimin əvvəlcə iddia təmin etməsi, sonradan rədd etməsinə dair yazılanlar həqiqəti əks etdirmir. Bu tipli yazıların dərc edilməsi ədalət mühakiməsinin nüfuzuna xələl gətirir və hakimlərə qarşı cəmiyyətdə mənfi fikir formalaşdırmasına xidmət edir. Odur ki, kütləvi informasiya vasitələrinin nümayəndələrini dərc olunan xüsusatları tam, hərtərəfli və obyektiv araşdırmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırırıq.

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər