gundem / hadise
18.08.2021, 13:48
Azərbaycanda zəlzələ oldu
DogruXebər.az : - Azərbaycanda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeralı təkanlar yerli vaxtla saat 00:35-də Lerik stansiyasından 19 km şərqdə, Lerik rayonunda qeydə alınıb. Zəlzələ 3,1 maqnitudada baş verib, zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.


