"Ermənistana gündəlik olaraq 60-dan çox İran maşını keçir" - Güneydəki soydaşlarımız BUNA NECƏ BAXIR?

dogruxeber.tv: - Azərbaycan tərəfi sentyabrın 12-dən Gorus-Qafan yolunda post quraraq, İrandan Ermənistana gələn yük maşınlarını yoxlamağa başlayıb.

Ötən günlərdə “Azadlıq” radiosunun erməni xidməti Gorus-Qafan yolundakı postda saxlanılan iranlı sürüclərlə danışıb.

İrandan Ermənistana yük daşıyan sürücülərin Azərbaycan dilində danışması isə daha çox diqqət çəkib. Sosial şəbəkələrdə güneyli soydaşlarımızın Ermənistana yük daşınmasında iştirakı qınanılıb.

Bəs, məsələnin əsas məğzi necədir?

“Son olan hadisələr İran və Ermənistanın birgə oyunudur. Şimal və Cənub arasında nifaq salamaq istəyir”.

Bu sözləri Modern.az-a açıqlamasında İrandan gəlib Azərbaycanda məskunlaşan Araz Obalı deyib.

Onun sözlərinə görə, cənublu azərbaycanlıların getdikcə Şimala bağlılığı iki ölkəni də narahat edir:

“Ermənistana gündəlik olaraq 60-dan çox İran maşını keçir. Onların sürücüləri arasından iki azərbaycanlının tapıb danışdırılması bir oyundur. Farsları, kürdləri danışdırmırlar. Azərbaycanlıları danışdırıblar ki, bizlər arasında nifaq salsınlar. Buna da bizim Şimali Azərbaycandakı qardaşlarımız inanmalı deyil. Cənubluların hamısı Azərbaycan dövlətçiliyinin yanındadır, Ermənistanı özünə düşmən, Qarabağı özünün torpağı bilir. Gərək biz tələyə düşməyək, bunların hamısı oyundur.

Həm hər İki Qarabağ müharibəsi dövründə, həm də aradakı bu 30 ilə yaxın müddətdə cənublular getdikcə Şimala bağlanmağa başlayıb, Azərbaycanı öz dövləti hesab edir. Ermənistanın Qarabağa hücumları zamanı Güneydəki azərbaycanlıların İran hökümətinin qarşısındakı tələbi bu idi ki, nədən İran dövləti Ermənistana silah göndərir?

Bu etirazlara görə, yüzlərlə azərbaycanlını İran həbsə atıb. Onların hamısı hələ də həbsdədir. Yarısı da məhkəməni gözləyir, yenidən həbsə düşəcək. Bax, onlardır azərbaycanlıların nümayəndələri. İki nəfər özünü satmış və ya İran dövlətinin özünün “məmuru” olun, Azərbaycan dilində danışan sürücüsü bizim nümayəndəmiz deyil”.

Oxunub: 742

Son xəbərlər

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Bütün xəbərlər