"Ən böyük arzularımdan biri olub ki..."

dogruxeber.tv : - Bu gün uzun müddət fasilədən sonra Azərbaycanda pandemiya şəraitində ilk tamaşa nümayiş olunub. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” tamaşası Akademik Opera və Balet teatrının səhnəsində teatrsevərlərə göstərilib. Tamaşa Üzeyir Hacıbəyli 13-cü Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub. Tamaşada Məcnun obrazını əməkdar artist Elnur Zeynalov canlandırıb.

Uzun fasilədən sonra səhnəyə çıxan xanəndə sevinc hisslərini Moderator.az-la bölüşüb.

“Ən böyük arzularımdan biri olub ki, Məcnun rolunu oynayım. Bu tamaşa haqqında danışanda mən çox həyəcanlanıram. Çünki başlayandan bitənə qədər tamaşanın içərisində oluram. Mənim ailəm də bilir ki, bir həftə, 10 gün özümə gələ bilmirəm. Bu da həm musiqinin, həm də əsərin möhtəşəmliyindən irəli gəlir. Tamaşa bitsə də mən o dəqiqə səhnədən getmirəm. Ümumiyyətlə bu məndə adət halını alıb, yarım saat, 40 dəqiqə səhnədə otururam. Bu tamaşanı yenidən oynamaq böyük bir məsuliyyət idi. Çünki 2 il idi ki, biz səhnədən uzaq düşmüşdük. 2 il ərzində heç bir tədbir yox idi, evdə nə qədər məşq edə bilərdin?! Baş rejissorumuz Hafiz Quliyev pandemiya qaydalarına uyğun olaraq bir ay bizimlə məşq etdi. Səhnəyə çıxanda səhnə üçün nə qədər darıxdığımı hiss etdim. Həqiqətən bu gün böyük sevinc içərisində biz tamaşanı oynadıq. Düşünürəm ki, tamaşaçılarımız tərəfindən də sevildi. Tamaşaçılar da ara məsafəsi saxlamaqla əyləşmişdilər. 2014-cü ildən bu tamaşada Məcnun rolunu ifa edirəm. Hər dəfə yeni nələrsə yaranır tamaşada. Əlbəttə ki, asan obraz deyil, çətindir. İstər oxumağı, yerişi, duruşu, hərəkəti. Hər dəfə də ifa edəndə gözümün önünə ilk sevgi gəlir. Allah hər bir kəsin sevgisini sona qədər etsin. Hər bir kəsə Leyli və Məcnun sevgisi arzu edirəm, amma taleyi yox. Teatrın direktoru Akif müəllimə təşəkkürümü bildirirəm ki, bizə etimad göstərərək bu tamaşanı oynamağımıza təşəbbüs göstərib” deyə sənətçi bildirib.

Oxunub: 488

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər