"Yolu bağlayıb, on dəqiqə sonra açmaq terrora qarşı tədbir hesab edilə bilməz" - ETİRAZ

dogruxeber.tv: - Erməni terrorçu Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta əl qumbarası atması, bir daha Araiyik Arutunyanın “Erməni mülki əhalini silahlandırmaq” barədə verdiyi bəyanatın praktiki olaraq yerinə yetirildiyini göstəricisidir. Qumbara atan şəxsin isə noyabrın 8-də diversiya cəhdi zamanı Şuşa ətrafında ölən Martik Eremyanın qardaşı olması isə Qarabağ ermənilərinin Azərbaycana qarşı kütləvi istifadəsini təsdiq edir.

Rusiya Müdafiə Nazirliyi sulh yaratmaq üçün təyin edildiyi ərazilərdə baş verən erməni terroruna mütləq və təcili münasibət bildirməlidir. Baş verən son hadisələr rus sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə öz funksiyalarını tam yerinə yetirməməsi ilə birbaşa əlaqəlidir. Bu hadisələrdə rus hərbi kontingenti erməni seperatçılarının rəhbəri Arayiklə cinayət şəriyi olmamalıdır. Kimsə səbrimizi daşırmağa çalışmasın.

Güc strukturlarımız hərbçilərimiz təhlükəsizliyini təmin etmək etmək üçün bütün zəruri tədbirləri görməlidir. Hansısa yolu bağlayıb, on dəqiqə sonra açmaq tədbir hesab edilə bilməz. Real və təsirli addımlar atılmalıdır. Rusiyanın İrəvanda söyülməsini nəzərə almalı olan biz deyilik. Bizim məqsədimiz əsgərimizin sağlamlığını qorumaq və birgə Bəyanatın son nöqtəsinə qədər yerinə yetirlməsinə, güc yolu da daxil olmaqla, nəticə verə biləcək istənilən yolla nail olmaqdan ibarətdir. Terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçinin yaralanması, Azərbaycana bu ərazilərdə silah və silahlıların təmizlənməsi məqsədilə istənilən əməliyyatı keçirməsini mümkün və zəruri edir. Erməni terrorçunun Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən saxlanılması əslində doğru addımdır, amma bu hadisə Azərbaycan ərazisində, erməni əsilli Azərbaycan vətəndaşı tərəfindən törədidiyi üçün, onun cinayət işinin araşdırılması, istintaqı və məhkəməsi də Azərbaycan ərazisində həyata keçirilməlidir. Odur ki, erməni terrorçu Azərbaycana təhvil verilməlidir. Əsgərimizə hücum edən terrorçunun ya cəsədini, ya da ərazimizdə məhkəməsini izləmək hüququna malik qalib tərəf olduğumuzu ruslar unutmalı deyil.

Rəzil və çıxılmaz vəziyyətdə olan ermənilər, Arayikə və ya Vitalikə görə səbrimizi, həyatınız bahasına sınamalı deyil. Sizi sizdən xilas etsə, yenə də Azərbaycan xilas edəcək. Ermənilər 32 il ətəyində öpdüyü Rusiyanın və qulaq asdığı seperatçılar sayəsində bu günləri yaşamağa məcburdur. Yaxşı olar ki, artıq başınızda olmyan papağınızı qabağınıza qoyub bir də fikirləşəsiniz. Bir qumbara ilə və ya bir əsgər yaralamaqla Qəhrəman Azərbaycan Silahlı Qüvvələrimiz zəifləməz, Azərbaycan dövləti də çökməz. Amma Silahlı Qüvvələrimiz bir dəfə nərə çəksə, susuz Xankəndində antisanitariya çiçəklənəcək. Düşünün. Hər toplumun xöşbəxtliyi onun öz əlindədir. Seçim sizindir. Tatev yolu ilə Ermənistana unitaz dolu yük maşınlarının hərəkəti də artıq mümkün deyil.

P.S. Bu hadisədən sonra rus sülhməramlıları Xocalıda qurduqları abidəninin də konfiqurasiyasın ən azından düzəliş etməlidilər. Plagiat əsərlərə üstünlük verən rus arxitektor yəqin ki, dizi üstə çökən erməni qız əvəzinə xain erməni terrorçunu xilas edildiyini anlayıb.

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//

Oxunub: 442

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər