Boşanmadan sonra qızıl-zinət əşyaları və cehiz kimdə qalmalıdır? - AÇIQLAMA

dogruxeber.tv: - Məlum olduğu kimi, boşanma zamanı tərəflərin mübahisələndirdiyi əsas məsələlərdən biri əmlakın bölgüsüdür. Ər-arvad ayrıldıqdan sonra daşınar əmlak hesab olunan qızıl-zinət əşyalarının və cehizin kimin sərəncamında qalması hər zaman aktual məsələ olaraq ortaya çıxmaqdadır.

Bu barədə Trend-ə hüquqşünas Arif Nəzərov deyib.

Hüquqşünas bildirib ki, "ilk növbədə birgə mülkiyyətçilərin mahiyyətini dəqiqləşdirmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Həmçinin, Məcəllənin 225.4-cü maddəsinə uyğun olaraq, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin.

Bu baxımdan, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Beləliklə, nigah dövründən əvvəl və ya sonra tərəflərdən hər hansı birinin hədiyyə şəklində əldə etmiş olduğu qızıl-zinət əşyaları və cehiz onlardan birinin sərəncamında qalır. "

Oxunub: 565

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər