"NAZİRİN DEDİKLƏRİNƏ MƏƏTTƏL QALDIM..." - "Demək, resurslar və zaman boş yerə xərclənib"


"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin uşaqpulunun verilməməsi ilə bağlı heç bir məntiqi izahı olmayan "səbəblərindən" ən təəccüblüsü və absurdu uşaqpulu üçün meyarların müəyyənləşdirilməsinin çətin olması, uşaqpulu verilərkən neqativ halların, korrupsiya əməllərinin ola biləcəyidir".

dogruxeber.tv "AzPolitika.info"ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nazirin açıqlamasını şərh edərkən bildirib.

Xatırladaq ki, nazir media rəhbərləri ilə görüşündə bu barədə belə deyib: “Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində şaqpulutəminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq. 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir. Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir".

Osman Gündüz qeyd edir ki, Sahil Babayevin dediklərinə məəttəl qalıb: "Doğurdanmı bunu sosial sahəyə cavabdeh, rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün milyonlar xərclənən bir icra qurumunun rəhbəri açıqlayıb?"

Eksepert daha sonra Nazirliyin pandemiyanın ən qızğın dövründə elektron sistemlərinin çökməsinin qarşısını almaq üçün tətbiq etdiyi unikal metodu xatırladıb: “Məlum olduğu kimi ƏƏSM-in e-social.az resursu ötən il pandemiya zamanı, 190 manat üçün onlayn müraciətlərə tab gətirməyərək tez- tez çökürdü. Belə olan halda, Nazirlik unikal bir "təhlükəsizlik metodu" tətbiq etmişdi, sistemin çökməsinin qarşısını almaq üçün "obedə" çıxanda və iş vaxtı bitəndə elektron sistemi rubilnikdən söndürürdülər. Yəni, Nazirliyin yanaşması "sistem yoxdur, problem də yoxdur" yanaşması olmuşdu. Nazirin indiki yanaşması da təxminən eynidir, korrupsiya ola bilər, ona görə uşaq pulu verilə bilməz”.

O.Gündüzün sözlərinə görə, uşaq pulu verilməsində korrupsiyanın olacağını arqument gətirməsini Nazirliyin problemin həllinə unikal yanaşması, analoqu olmayan "antikorrupsiya" tədbiri kimi də dəyərləndirmək olar.

“Əgər Nazirlik rəqəmsallaşmaya, e-xidmətlərə, informasiya sistemlərinə milyonlarla vəsait xərcləyərək, topladığı datalar vasitəsilə meyarlar üçün, antikorrupsiya üçün effektiv və səmərəli qərarlar, şəffaf mexanizmlər yarada bilmirsə, demək, resurslar və zaman boş yerə xərclənib. Həqiqətən də, hələ də inanmağım gəlmir ki, problemin həlli istiqamətində nazir bu dərəcədə ağlasığmaz bir arqument sərgiləyə bilərmiş”,- ekspert vurğulayıb.

Oxunub: 371

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər