“Kimə ultimatum verək: Rusiyaya?.. gələcək Fransa prezidentinə?.. yoxsa özümüzə?..” - ETİRAZ


dogruxeber.tv: - Fransada 2022-ci ilin aprelində prezident seçkiləri keçiriləcək. Artıq prezidentliyə namizədlər siyasi kampaniyaya start veriblər. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə seçki marafonuna start Sena sahillərindən deyil, İrəvandan başlayıb. Namizədlərdən biri Erik Zemmur artıq keçən həftə Ağrı dağına üz tutub ermənilərə difiramba söyləyərək, onları daim müdafiə edəcəklərinə söz verdi. Namizədlər bir-birilə yarışa girib özlərini ermənidən də artıq erməni kimi təqdim etmək siyasəti aparır. Makronun da Brüsseldə qəfil peyda olması həm də seçki təbliğatının tərkib hissəsi kimi dəyərləndirilməlidir. Fransa Respublika partiyasının nümayəndəsi, Fransa prezidentliyinə namizəd Valeri Pekress isə ermənidən ötrü özünü təhlükəyə atmaqdan belə çəkinməyib, başqa namizədlərdən fərqli olaraq yalnız İrəvana yox, Xankəndinə də soxulmaqla yalnız fransalı erməni seçicilərinin deyil, bütün ermənilərin simpatiyasını qazanmağa çalışıb.
Bu fransız qadının (xanım demək heyifdir) səfəri haqqında məlumata diqqət edin:” Valeri Pekress Dağlıq Qarabağa səfərə yollanıb. O yerli siyasi nümayəndələrlə görüşüb. Təhlükəsizlik məqsədilə səfər “Franse TV” daxil olmaqla, əksər Fransa KİV-ləri tərəfindən işıqlandırılmayıb”. Məlumatı adı çəkilən televiziya kanalının icmalçısı Jyülen Neni “Tvitter” səhifəsində yazıb.
Bu nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycanın ərazisində guya müvəqqəti yerləşdirilmiş Rusiya silahlı qüvvələri üçtərəfli razılaşmaya görə üçüncü dövlətin vətəndaşını, nəqliyyat vasitəsini Laçın dəhlizindən buraxmamalı idi, amma artıq neçənci dəfədir ki, həm vətəndaşların, həm də nəqliyyat vasitələrinin keçməsinə şərait yaradır və sərbəst buraxır. Bəs, “təhlükəsizlik məqsədilə” deyəndə fransız icmalçı nəyi nəzərdə tutur? Kim Fransa prezidentliyinə namizədin həyatına Laçın dəhlizində, Xankəndində təhlükə yaradasıydı ki? Biz yoxuqsa, deməli, heç kim. Araik İrəvanda olduğundan, fransız qadın David Babayanla, keşişlə görüşür, fotolar çəkdirir. Keşiş də “siyasi nümayəndə” hesab olunub. Əslində, televiziya icmalçısı doğru deyib. Ermənilərin ən böyük siyasiləri kilsə nümayəndələridir…

Hələ Xankəndinə gəlməzdən əvvəl bu qadın 21 dekabrda İrəvanda mətbuat konfransı keçirib və Azərbaycana xəbərdarlıq edib ki, “təcili erməni əsirləri azad edilməlidir”. Və əlavə edib ki, Parisə qayıdanda “Ermənistana dəstək” adı altında beynəlxalq konfrans çağıracaq. Bu qadın hələ prezident seçilməyib, bizlə ultimativ tonda danışır, sərhədimizi pozur, xəbərdarlıq edir və belə çıxır ki, bunu prezident seçsələr, Makrona şükür etməli olacağıq?..

Biz bu məsələ ilə bağlı kimə irad bildirməliyik? Vəzifəsini yerinə yetirməyən Rusiya dövlətinə, yoxsa dövlət sərhədini pozan fransız qadının vətəndaşı olduğu Fransaya? Mənə elə gəlir ki, ilk növbədə özümüzə!

Bu hadisə imkan verir ki, Azərbaycan Laçın dəhlizinə birgə nəzarət məsələsini qaldırsın və həll etsin. Yoxsa sabah, erməni diasporunun güclü olduğu ABŞ və Rusiyada da prezident seçkiləri keçiriləndə namizədlərin ilk səfərləri məhz Xankəndindən başlayacaq…//moderator.az

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər