Paşinyanı o əvəz edə bilər

dogruxeber.tv: - "Armen Sarkisyan öz istefasını prezident postunun dövlət idarəçiliyinə heç bir təsir imkanının olmaması ilə əlaqələndirdi. O, son çıxışlarında bir neçə dəfə bu amili qabardaraq konstitusiya islahatlarına gedilməsinin əhəmiyyətinə toxunmuşdu. Sanki istefa qərarını əsaslandırmaq üçün öncədən təbliğata başlamışdı. Lakin Armen Sarkisyanın bu fikirlərində səmimi olmadığını düşünürəm. Çünki o, hələ prezident seçilməmişdən əvvəl bilirdi ki, yeni konstitusiyaya görə, bütün əsas səlahiyyətlər baş nazirə verilib".

Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, A.Sarkisyanın prezidentlik postundan istefa qərarı ona gələcək siyasi karyerasında əlavə xallar qazandıra bilər:

"2015-ci ildə referendum yolu ilə edilmiş konstitusiya dəyişikliyinə əsasən, prezident simvolik siyasi fiqura çevrilmişdi. Yəni Sarkisyan hal-qaziyyədən xəbərdar idi. Ona görə də onun məhz indi şikayətlənməyə başlaması və istefa qərarı verməsi başqa mətləblərdən xəbər verir.

Bildiyimiz kimi, Ermənistan gündəmində Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşması məsələsi ciddi müzakirə predmetidir. Sarkisyan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası əslində Ermənistanın maraqlarına cavab versə də, ictimai rəy bu addıma qarşıdır. Məhz bu proseslər fonunda Paşinyan komandasının ciddi narazılıqla üzləşəcəyi və xal itirəcəyi gözlənilir. Armen Sarkisyan bir növ ictimai qınağın hədəfindən yayınmaq üçün istefa qərarı verdi. Lakin bu, onun Ermənistan siyasi səhnəsindən getməsi kimi səciyyələndirilməməlidir. Əslində istefa qərarı ona gələcək siyasi karyerasında əlavə xallar qazandıra bilər.

Əgər Ermənistanda davam edən sosial-iqtisadi gərginlik və siyasi xaos hökumətin istefası ilə nəticələnsə, Armen Sarkisyan növbədənkənar parlament seçkilərinə müxalifətin baş nazir postuna vahid namizədi kimi qatıla bilər. Nəzərə alaq ki, ötən il keçirilən rəy sorğularında Armen Sarkisyanın reytinqinin elə də aşağı olmadığını müşahidə etmişik. Sonuncu istefa qərarı isə onun ictimai nüfuzunu daha da artıra bilər".

Paşinyanı o əvəz edə bilər

Oxunub: 425

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər