gundem / hadise / bolge
27.01.2022, 11:32
Şirvanda polis əməliyyat keçirdi - saxlanılan şəxsdən 3 kiloqrama yaxın narkotik aşkarlandı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Salyan rayon sakini Bayramqulu Məmmədov şübhəli şəxs qismində Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 2 kiloqram 850 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı B.Məmmədov cinayət əməlini etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




