Mahir Abbaszadə və Cavanşir Feyziyevlə bağlı qalmaqal davam edir: - Bu deputatlar necə varlanıb?

Son vaxtlar Milli Məclisin deputatları Cavanşir Feyziyev və Mahir Abbaszadə ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub. Belə ki, London məhkəməsi deputat Cavanşir Feyziyevin ailəsinə məxsus 5 milyonluq vəsaitin müsadirə edilməsi ilə bağlı qərar verib. Parlament Mahir Abbaszadə isə bu dəfə bahalı saat kolleksiyası ilə diqqət çəkib. İddia edilir ki, deputat qiyməti, hətta 100 min dollarlarla ölçülən saatlardan istifadə edir.

DİA.AZ-ın məlumatına görə, məmurların varlanması və bunun mənbəsinin adətən naməlum qalması barədə Pravda.az-a danışan deputat Tahir Kərimli deyib ki, belə olan halda əlbəttə ki, vətəndaşlarda sual yaranır: “Onlar düşünürlər ki, necə olur ki, ancaq məmurlar və onların yaxın qohumları varlanır, başqaları isə varlana bilmir?! Deməli, ölkədə kimlərsə səlahiyyətlərindən və inzibati resurslarından istifadə edərək özünə şərait yaradır. Belə problemlərin qarşısının alınması üçün antiinhisarlıqla bağlı qanun qəbul edilməlidir. Məlumata əsasən, İqtisadiyyat Nazirliyində bu barədə qanun layihəsi hazırlanır. Sözsüz ki, ölkədə rüşvətin və korrupsiyanın kökü kəsilməlidir. Həmçinin sağlam iqtisadi münasibətlərin inkişaf etdirilməsi, məhkəmələrin yalnız qanuna tabe olması zəruridir. Yəni, ciddi qanunların tətbiqi və təmiz kadrların işlə təmin olunması nəticəsində xoşagəlməz halların qarşısını müəyyən qədər almaq mümkündür. Heç kim başqalarının varlı olmasının, sərvət sahibi olmasının əleyhinə deyil, lakin bütün bunlar qanun çərçivəsində olmalıdır. Ümumiyyətlə, məmurların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var”.

T.Kərimli qeyd edib ki, Ali Məhkəmədə işləyəndə mənə təklif etdilər ki, özünə 50-100 kvadratmetrlik sahə ayıraraq, orada iş qurum: “Yəni, bununla mənim ömürlük çörəyim olacaqdı. Orada mağaza, istəsəm, lap kafe-restoran açıb işlədə bilərdim. Mənə bunu təklif edən yaxın adam idi. Əlbəttə ki, dərhal etiraz etdim və dedim ki, “səni bu saat həbs etdirərəm”. Beləliklə, mənə təklif edirdilər ki, vəzifəmdən sui-istifadə edərək qanunsuz olaraq özümə şərait qurum. Bundan imtina etdim. İndi isə heç nəyim yoxdur və əzabını çəkirəm. Əgər mənim də deputat maaşından əlavə gəlirim olsaydı, ailəm çətinlik çəkməzdi. Bunu, sadəcə, nümunə kimi dedim. İstənilən halda, qanunlar mükəmməl olmalı, vəzifələrə təmiz kadrlar təyin edilməli və hər kəs əyri yollara getməkdən çəkinməlidir”.

Oxunub: 478

Son xəbərlər

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bütün xəbərlər