"İntensiv yağan yağış Kürün səviyyəsini artırıb"


“Mart ayının ikinci ongünlüyündə düşən intensiv yağışlar nəticəsində ölkənin bir çox bölgəsində çaylarda sululuğun artması müşahidə olunub".

dogruxeber.tv xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidromotologiya xidmətinin rəis müavini Rafiq Verdiyev deyib. Onun sözlərinə görə, bu, Kürün aşağı axınında çayların sululuğun yüksəlməsinə və suyun səviyyəsinin, su sərfinin artmasına şərait yaradıb.

"Martın əvvəllərində Kürdə su sərfi 30 kubmetr saniyədən aşağı idisə indi artıq su sərfi 100 kubmetr saniyədir. Bu da çayda yaranmış duzluluqla bağlı problemin xeyli azalmasına səbəb olub. Martın birinci yarısında güclü küləklər və dənizdə olan dalğalanmalar nəticəsində duzlu suların Kür boyu hərəkət edərək Salyan şəhəri və hətta ondan yuxarıda duzluluğun 0,6-0,7 qram litrdən daha yüksək olmasına səbəb olub. Hətta Salyandan aşağıda 7-8 qrama qədər yüksəlməsinə gətirib çıxarıb. İndi isə yağıntıların artması bu prosesin azalmasına səbəb olub. Kürdə suyun artması nəticəsində çayın sürəti də artmış və duzlu sular artıq geri – dənizə doğru hərəkət etməklə çayda suyun duzluluğu xeyli azalıb. Demək olar ki, Kürün aşağı hissəsində duzluluq 1 qram litr səviyyəsindədir ki, bu da su təchizatında yaranan problemin aradan qaldırılmasında yaxşı şərait yaradıb.

Yaxın aylarda əlbəttə ki, düşən yağışlar nəticəsində çaylarda bu problem üçün o qədər də zəmin yaratmayacaq. Ancaq iyul-avqust aylarında çaylarda suyun azalması nəticəsində problem yenidən təkrar oluna bilər. Odur ki, buna hazırlıqlı olmalıyıq, sudan qənaətə geniş yer verilməli və itkilərin qarşısı alınmalıdır. Kür çayının aşağı axınında çaydan götürülən suyun miqdarı kifayət qədər az olsun ki, bu kimi problemlər daha da kəskinləşməsin”.

Oxunub: 538

Son xəbərlər

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Avro və rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bryansk bölgəsindəki meşədə beş yeniyetmə azıb

Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

Bakının bir sıra yollarında tıxac yaranıb

"Qalatasaray" məğlub oldu

ABŞ öz vətəndaşlarına Livanı tərk etməyi məsləhət görüb

Bütün xəbərlər