"Hədəf qiymət artımlarını azaltmaqdır" - Deputat

Nazirlər Kabineti anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarların dəstəklənməsi üçün yeni tədbirləri təsdiq edib. Yeni dəstək mexanizmləri güzəştli kredit mexanizminin genişləndirilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasını özündə ehtiva edir.

"dogruxeber.tv" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, Sahibkarlığın İnkişafı Fondu bu il minimum istehlak səbətinin tərkibinə daxil olan əsas ərzaq məhsullarının istehsalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli kreditlər təklif edəcək:

"Məqsəd əsas ərzaq məhsullarının istehsalını stimullaşdırmaq və eləcə də bu sahədə fəaliyyət göstərən iş adamlarının istehsal və satış imkanlarını dəstəkləməkdir. Aşağı faizli kreditlərin təklifi bazara daha optimal qiymətə məhsulların çıxarılması baxımından vacibdir. Kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı olan digər istiqamət sahibkarların 2022-ci ildəki kreditlərinin faizlərinin bir hissəsini kompensasiya etmək məqsədi daşıyır. Bu zaman 3 milyon manatadək olan kreditlərə 1 il müddətinə subsidiya verilir. Bu subsidiya 10 faiz bəndinədək veriləcək. Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək. Burada da məqsəd maliyyə xərclərini azaltmaqla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınmasıdır".

V.Bayramov qeyd edib ki, hədəf qiymət artımlarının minimumlaşdırılması ilə yanaşı, istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdır:

"Dünya və regional bazarlarda müşahidə edilən qeyri-müəyyənlik fonunda bu addımların atılması ciddi əhəmiyyət daşıyır. Hələlik dünya bazarındakı qiymət artımlarının və qıtlığın nə zamanadək davam edəcəyi bəlli deyil. Bu baxımdan, preventiv addımlar ilə yanaşı sahibkarların daha yaxından dəstəklənməsi prioritetdir".

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər