Daha bir Qarabağ əlili ÖLÜM AYAGINDA: “Əlacım bircə..."

"dogruxeber.tv" xəbər verir ki, Qaynarxett.az-a müraciət edən Kürdəmir rayonu, Karrar kənd sakini, II qrup Qarabağ əlili Vahidov Taleh Vahib oğlu 14 ildir ki, ona məxsus olan torpaq sahəsinin dələduzluqla əlindən alınmasından şikayət edir. O, deyir ki, 2008-ci ildə ağır xəstələndiyi üçün ona verilmiş 80 hektar torpaq sahəsindən istifadə edə bilmir. Hələ 14 il əvvəl kənd bələdiyyə sədri mərhum Xəqani Qəniyev onu yanına çağıraraq xahiş edir ki, istifadəsində olan həmin sahəni onun tanıdığı bir şəxsə müvəqqəti, heç olmasa 1 illik icarəyə versin. Agır xəstə olan Taleh Vahidov bələdiyyə sədri ilə razılaşır və şifahi olaraq bu işə razılıq verir. Heç 1 il keçməmiş bələdiyyə sədri Xəqani Qəniyev vəfat edir.

Müharibə əlili Taleh Vahidov sağaldıqdan sonra yeni seçilmiş bələdiyyə sədri Cabbar Səlimova müraciət edərək ona məxsus olan torpaq sahəsində işləmək istədiyini bildirir. O, isə mənim heç bir etirazım yoxdur, torpaq sənindir, qoy müqavilənin vaxtı bitsin bu işə baxarıq, deyir.

Sonradan Sahib Cəfərov yeni bələdiyyə sədri seçilir. Qarabağ əlili Taleh Vahidov yeni seçilmiş sədr Sahib müəllimin də yanında olur. Əvvəlcədən qeyd edək ki, Sahib müəllimin Talehlə qohumluq əlaqəsi var. Dərdimi ona danışır. Yeni bələdiyyə sədri deyir ki, vəziyyətindən haliyəm. Ancaq indi sənə məxsus olan həmin sahədə taxıl əkilib. Qoy biçin qurtarsın, sənə köməklik göstərəcəyəm. Qarabağ əlili taxıl biçini qurtarandan sonra yenidən Sahib müəllimə müraciət edir. Onun cavabı isə lap qəribə olur. Sahib Cəfərov ona bildirir ki, sənin 80 hektar torpağının yerinə istəsən 180 hektar torpaq sahəsini başqa yerdən verərəm. Sədr elə yeri göstərir ki, oraya kənddən 1 günə qət etmək olar. II qrup Qarabağ əlili Vahidov Taleh Vahib oğlu bildirir ki, bələdiyyə sədri Sahib Cəfərov Karrar kəndinin 2 min hektar torpaq sahəsini kənar şəxslərə satıb. İndi də onun isifafəsində olan 80 hektar torpağıma göz dikib.

Qarabağ əlili bildirir ki, bu barədə şikayət etmədiyi dövlət qurumları qalmayıb. Dəfələrlə Prezident İlham Əliyevə, Mehriban xanıma müraciətlər edib, cavab gəlsə də, lakin heç bir tədbir görülməyib. Kürdəmir Rayon İcra Hakimiyyətinə ayaq döyməkdən, aldanmaqdan, aşağılamaqdan bezib.

Sonda Kürdəmir rayon, Karrar kənd sakini, II qrup Qarabağ əlili Vahidov Taleh Vahib oğlu intihar edəcəyini vurgulayaraq deyir:

“Mən heç kimin gözünə soxmaq istəmirəm ki, Qarabağ müharibəsində əlil olmuşam, bu mənim vətən borcumdur! Ancaq az-çox olsa da cəmiyyətdə haqq-ədalət tərəzisi olmalıdır. Necə olur ki, mənə məxsus torpaq sahəsinə kənddə vəzifəlilərdən başqa heç kimin tanımadığı, heç bizim rayon qeydiyyatında belə olmayan Bakı şəhər sakini qeyri-qanuni sahib olur?. Bildirirəm ki, artıq mən boğaza yığılmışam. Əlacım bircə intihara qalıb. Buradan məmurlara səslənərək, sadəcə bildirmək istəyirəm ki, sizdən qisas almaq üçün bu yolu secirəm. Gec-tez haqq-ədalət öz yerini tutacaq, sizin üçün də dar ağacı qurulacaq. Ya bu dünyada, ya da axirətdə...

Qaynarxett.az olaraq mövzunu diqqət mərkəzində saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.//Qaynarxett.az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər