gundem / siyaset
5.08.2022, 10:45
İlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini qəbul edib.



