Dunya Miyatoviç Elçin Sadıqov və Əvəz Zeynallını azad etməyə çağırıb

Hüquq müdafiəçisi-vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının həbsi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və müstəqil media mütəxəssislərinin üzləşdikləri düşmənçilik mühitini bir daha nümayiş etdirdi. Bu barədə çərşənbə axşamı Avropa Şurasının insan hüquları üzrə komissarı Dunya Miyatoviçin bəyanatında deyilir.

«Tanınmış hüquqşünas Sadıqov mənim ofisimin tərəfdaşıdır, uzun illərdir Azərbaycanda onlarla fəalı, müstəqil jurnalisti və müxalifətçini cəsarətlə müdafiə edir. Təəssüflər olsun ki, Azərbaycanda bir çox digər fəallar kimi o da öz qanuni hüquq-müdafiə fəaliyyətinə görə daim qorxutmaya və təqiblərə məruz qalır. Öz növbəsində, Zeynallı müstəqil jurnalist kimi tanınır, o, tənqidi mövqeyinə görə əvvəllər də təhdidlərə məruz qalıb”, - Miyatoviç qeyd edib.

Sadıqov və Zeynallının həbsilə bağlı məhkəmə prosesinin gecə saatlarında keçirilməsi bu prosesin insan hüquqları sahəsində Avropa standartlarına uyğun olub-olmamasına dair ciddi suallar yaradır.

“Məhkəmə iclası qapalı rejimdə, elementar prosessual təminatlar olmadan keçirilib ki, bu da onların həbsinin qanuniliyinə şübhələri artırır”, - Avropa komissarı qeyd edib.

Sadıqovun həbsi onun ofisində aparılan axtarışdan və peşə sirri haqqında qanunla qorunmalı olan məxfi məlumatların müsadirəsindən sonra baş verib. “Bu aktlar Azərbaycanda vəkillərə və hüquqşünaslara, ifadə və KİV azadlığına mənfi təsiri daha da gücləndirir ki, bu da uzun müddətdir narahatlıq doğuran məsələdir”, - Miyatoviç qeyd edib.

O, Azərbaycan hakimiyyətini Sadıqov və Zeynallını dərhal azad etməyə, onların hüquq və azadlıqlarını tam təmin etməyə çağırıb.

“Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə və müstəqil jurnalistlərə qarşı qorxutmalara və təqiblərə dərhal son qoyulmalıdır. Hakimiyyət hüquq müdafiəçilərinin və KİV işçilərinin öz işlərini təhlükəsiz və sərbəst şəkildə yerinə yetirmələrini təmin etməyə borcludur”, - Avropa komissarı vurğulayıb.

Oxunub: 352

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər