"Sülhməramlıları bu prosesdə yardımçı alət kimi istifadə etməliyik" - Sabiq nazir

Şuşa-Xankəndi yolunda Azərbaycanın QHT təmsilçilərinin, ekoaktivistlərin aksiyaları davam edir. Rusiya sülhməramlıları isə aksiyaçıların və jurnalistlərin Xankəndiyə daxil olmasına icazə vermirlər. İctimaiyyətdə də Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı fikirlər birmənalı deyil.

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib ki, Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır.


Ermənistan parlamentinin spikeri Alen Simonyan isə deyib ki, sülhməramlıların mandatı müzakirə olunmalıdır. O, gələcəkdə Rusiyanın sülhməramlı missiyasına alternativ olaraq, Qarabağın təhlükəsizliyinin təmin edilməsi üçün başqa variantları nəzərdən keçirmək lazım gələ biləcəyini qeyd edib.

Bu isə Ermənistanın digər havadarlarını da prosesə cəlb etmək istəyinin nümunəsidir.

Bu məsələlərlə bağlı "Unikal"a açıqlama verən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan ictimaiyyətində sülhməramlılara münasibət fərqlidir:

"Sülhməramlıların Qarabağa gəlişi Azərbaycanın dəvəti əsasında baş verib. Birincisi, biz başa düşməliyik ki, sülhməramlıların orada vəzifəsi və statusu nədir? Biz onlardan nəyi tələb etməli olduğumuzu dəqiqləşdirməliyik.

Sülhməramlıların missiyası iki hissədən, yəni rus və türkiyəli hərbçilərdən ibarətdir. Onların vəzifələri tam şəkildə müəyyən olunmayıb. Sülhməramlı missiya hərbi-texniki funksiyaları daşıyır. O, siyasi funksiyaları daşıya bilməz, çünki dünyanın heç bir yerində sülhməramlılar vasitəçi ola bilməzlər və hər hansı siyasi prosesdə iştirak edə bilməzlər.

Adətən, münaqişədə olan iki tərəf danışıqlar vasitəsilə bu məsələni həll edirlər, amma bizim vəziyyətdə iki tərəf yoxdur, çünki Azərbaycan tərəfi sadəcə olaraq Ermənistanın işğal etdiyi torpaqları azad edib. Artıq orada münaqişə yoxdur. Sadəcə inteqrasiya prosesi gedir. Biz sülhməramlıları bu prosesdə yardımçı alət kimi istifadə etməliyik.

Onlar sadəcə təhlükəsizliyi təmin edən bir qurum kimi bu proseslərdə iştirak etməlidirlər. Özü də bu, müvəqqəti xarakter daşımalıdır. Onların burada cəmi 5 illik səlahiyyətləri var", - deyə sabiq nazir qeyd edib.

Oxunub: 357

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər