İcra hakimiyyətləri ləğv olunacaq? - AÇIQLAMA

"Azərbaycanda bütün sahələrdə olduğu kimi, idarəetmə sahəsində də çevik addımlar atılır".

Bunu "dogruxeber.tv"a açıqlamasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun timsalında Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsinin şahidi olmuşuq:

"Artıq Naxçıvan Muxtar Respublikasında da Prezidentin xüsusi nümayəndəsi təyin olunub. Bu, idarəetmədə çevik addımların atılması, korrupsiya və xoşagəlməz halların qarşısının alınması üçün yeni yanaşmadır. Azərbaycanın digər iqtisadi rayonları üzrə bu cür nümayəndələrin təyin edilməsi zərurətdir. Bu addım atılacağı təqdirdə, yerli icra hakimiyyətlərinin səlahiyyətləri dəyişəcək. Bununla əlaqədar, yaxın gələcəkdə referendumun keçirilməsi ola bilər. İdarəetməyə daha kökündən dəyişikliklərin edilə bilməsi üçün referendumun keçirilməsi zəruridir. Amma buna qədər Azərbaycanda mərkəzi icra hakimiyyətlərinin regional idarəedilməsinə keçilib".

Deputat qeyd edib ki, icra hakimiyyətlərində olan bəzi səlahiyyətlərin seçkili orqan olan bələdiyyələrə ötürülməsinin şahidi ola bilərik:

"Bu da nəticə etibarilə vətəndaşların yerlərdə daha rahat idarəetməyə cəlb edilməsini təmin edəcək. Vətəndaşların təşəbbüsləri, istəkləri daha çevik reallaşdırıla biləcək. Həmçinin, vətəndaşların yerli büdcənin formalaşmasında aktivliyi təmin ediləcək. Düşünürəm ki, Azərbaycanın bütün ərazilərində Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi davam etdiriləcək. Yaxın gələcəkdə idarəetmədə daha çevik və şəffaf yanaşmanın şahidi olacayıq".

Oxunub: 423

Son xəbərlər

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bütün xəbərlər