“AAAF Park”da binaların zirzəmilərinə kütləvi müdaxilə edilir – FHN aciz durumda qalıb

Türkiyədə baş verən zəlzələ zamanı yaşayış binalarının kütləvi olaraq dağılması inşa edilən binaların keyfiyyət məsələsini yenidən gündəmə gətirib.

Son günlər sosial şəbəkələrdə əsas müzakirə olunan mövzu ölkəmizdə, xüsusən də Bakının Yasamal, Sabunçu, Binəqədi və Abşeron rayonlarında yeni tikilən binaların əksəriyyətinin keyfiyyətsiz aparılmasıdır.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Abşeron rayonunda keyfiyyətsiz inşa edilən binalardan bəziləri Xırdalan şəhərində “AAAF Park” yaşayış kompleksindədir.

Bu ərazidə inşa edilən binaların tikintisi zamanı geoloji kəşfiyyatın düzgün aparılmadığı vurğulanır.

Burada olan digər problemin isə Ceyranbatan gölünün yaxın və hündürdə olduğuna görə rütubətliliyi artırması olduğu bildirilir.

Məlumata görə “AAAF Park” yaşayış kompleksində mini stadionun yanında inşa edilən 5 mərtəbəli binalar bataqlıq ərazidə inşa edilib. Burada binaların podvalının daim rütubətli olduğu, qamış bitkiləri bitir.

Daha ilginc məqam isə bir müddət öncə kompleksdə olan yaşayış binalarının zirzəmilərinə şirkət rəhbərliyi tərəfindən müdaxilə edilməsidir.

Qanunsuz edilən bu hal isə onsuzda keyfiyyətsiz inşa edildiyi deyilən binaları daha riskli edib.

Qeyd edək ki, ötən il “AAAF Park” yaşayış kompleksində binaların zirzəmilərinə edilən müdaxilələrə görə Fövqəladə Hallar Nazirliyi əraziyə baxış keçirib.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Baş məsləhətçi müfəttişi Fərid Süleymanlı ərazidə qanunsuzluğun baş verdiyini təsdiqləyib.

Nazirlik rəsmisi bildirib ki, burada qanunsuzluğun qarşısını ala bilmirlər:

“Binanın zirzəmisində qapı-pəncərə boşluqları açılıb. Dəfələrlə müraciət etməyimizə baxmayaraq qapı-pəncərə boşluqları bağlanmış, sonradan yenidən açılıb. AAAF yaşayış kompleksinə və Abşeron rayon rəhbərliyinə müvafiq tədbirlərin görülməsi üçün dəfələrlə yazılı müraciət edilib. FHN tərəfindən ərazidə tikinti işlərinin dayandırılması üçün yaşayış kompleksinin rəhbərliyinə qərar verilib ki, qanunauyğunluq təmin olunsun. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Hazırda zirzəmirdə təmir işləri aparılır. Kompleks rəhbərliyinə vəzifəli şəxs kimi protokol tərtib olunacaq”.

“AAAF Park” səslənən iddialara münasibət bildirməyib. //Qlobal.az//

Oxunub: 296

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər